Sabah itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçiriləcək
Sabah ölkəmizdə itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans keçiriləcək.
"Operativ Media" xəbər verir ki, bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
"Müxtəlif qitə və ölkələrdən qonaqlarımız olacaq. Qonaqlar arasında keçmiş prezident və hökumət rəhbərlərinin olacağı gözlənilir. Konfransda bir sıra mesajlar olacaq. Bunlardan ən vacibi sözügedən məsələyə beynəlxalq diqqətin artırılmasıdır", - o əlavə edib.//APA//