Avropa İttifaqı gələn il üçün müdafiə büdcəsini artıra bilər
Redaksiya
Avropa Parlamenti Avropa Komissiyasının 2024-cü ildə müdafiəyə daha çox vəsait ayırmaq təklifini dəstəkləyib.
"Operativ Media" KİV-ə istinadən xəbər verir ki, danışıqlarda parlament nümayəndələri Avropa Müdafiə Fondunun 625 milyon avro artırılmasına, eləcə də hərbi mobillik proqramları üçün daha 45 milyon avronun ayrılmasına nail olmaq istəyini ifadə ediblər.
Məlumata görə, söhbət ilkin olaraq Avropa Komissiyasının təqdim etdiyi büdcəyə əlavə olan sazişdən gedir. Təklif dəstəklənərsə, Avropa Müdafiə Fondunun 2024-cü il büdcəsi 1,263 milyard avro, hərbi mobillik proqramı isə 286 milyon avro olacaq.
Teqlər:
"Avropa \u0130ttifaq\u0131 g\u0259l\u0259n il \u00fc\u00e7\u00fcn m\u00fcdafi\u0259 b\u00fcdc\u0259sini art\u0131ra bil\u0259r"