"Rusiya Ukraynaya müharibə elan etməsəydi, Ukraynanın infrastrukturuna davamlı olaraq çoxsaylı raketlər atılmasaydı, belə bir şey heç vaxt baş verməzdi"
"Operativ Media" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts G20 sammitindən sonra jurnalistlərə açıqlamsında bildirib.
"Bu dağıntı araşdırılmalı, raket hissələri tədqiq edilməli və sonra ictimaiyyətə açıqlama verilməlidir. Belə ciddi bir məsələdə tələsik nəticələr çıxarılmamalıdır"-deyə o, qeyd edib.