http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 28 ° C

Fikrət Məmmədov Türkiyənin ədliyyə nazirinin müavini ilə görüşüb

18 Sentyabr 2023 , 18:58
Fikrət Məmmədov Türkiyənin ədliyyə nazirinin müavini ilə görüşüb

Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovla Türkiyənin ədliyyə nazirinin müavini Həsən Yılmaz iki ölkə arasında hüquqi əlaqələrin genişləndirilməsini müzakirə edib.

"Operativ Media" xəbər verir ki, görüşdə müttəfiqlik münasibətlərində hüquqi əlaqələrin xüsusi yer tutduğu, Ulu Öndərin Türkiyəyə tarixi səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair imzalanmış Protokolun qarşılıqlı fəaliyyətin genişlənməsinə təkan verdiyi, müntəzəm qarşılıqlı səfərlərin bu məqsədə xidmət etdiyi vurğulanıb.

Məhkəmə-hüquq və ədliyyə, o cümlədən penitensiar sistemdə müasir çağırışlara uyğun aparılan islahatlar və tətbiq olunan yeniliklər barədə fikir mübadiləsi aparılaraq bu sahədə birgə tədbirlərin və təcrübə mübadiləsinin faydası qeyd edilib, əlaqələrin genişləndirilməsinə maraq göstərilib.

Qonaq Azərbaycanda özünü doğma Vətənindəki kimi hiss etdiyini bildirərək yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib, hazırkı səfərin hüquqi sahədə əlaqələrimizin inkişafına xidmət etdiyini vurğulayıb.

Həmçinin beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrə toxunularaq bu sahədə birgə tədbirlərin, eləcə də Ədliyyə Akademiyalarının təlim şəbəkəsinin yaradılmasının əməkdaşlığımızın genişləndirilməsinə əlavə təkan verdiyi bildirilib, F.Məmmədov türk həmkarı Yılmaz Tunça salamlarını çatdırıb.

OXŞAR XƏBƏRLƏR
DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq

DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq

Paşinyan: Müstəqillik, yoxsa əyalətə çevrilmək istədiyimizə qərar verməliyik

Paşinyan: Müstəqillik, yoxsa əyalətə çevrilmək istədiyimizə qərar verməliyik

Qərbi Azərbaycan İcması Mirzoyanın BMT-dəki çıxışını qınayıb

Qərbi Azərbaycan İcması Mirzoyanın BMT-dəki çıxışını qınayıb

XƏBƏR LENTİ
  • 14:55

    Türkiyə XİN Qurani-Kərimi hədəf alan hücumlara münasibət bildirib
  • 14:35

    ABŞ-da atışma olub, 3 nəfər ölüb
  • 14:11

    MN Xocavənddə müsadirə edilmiş silah-sursatın videosunu yayıb
  • 14:07

    Türkiyə Ordusu 5 terrorçunu zərərsizləşdirib
  • 13:49

    DİN: Təslim olmuş erməni hərbçilərin Qarabağdan çıxışı təmin olunacaq
  • 13:46

    Yollarda görünüş məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
  • 13:29

    Sabah bəzi rayonlara qar yağacaq
  • 13:13

    Tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Menyu