http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Qərbi Azərbaycan İcması erməni əsilli ABŞ şahmatçısına cavab verib

18 Sentyabr 2023 , 19:06
Qərbi Azərbaycan İcması erməni əsilli ABŞ şahmatçısına cavab verib

Qərbi Azərbaycan İcması hazırda ABŞ-ı təmsil edən erməni şahmatçı Levon Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pisləyir.

İcmadan "Operativ Media"ya verilən açıqlamada bildirilib ki, “Artsax”, “Stepanakert” kimi qondarma toponimlərdən istifadə edən Levon Aronyan şahmat oynamağı öyrənsə də, ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi öyrənməyib.

Qeyd olunub ki, Levon Aronyan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini, azərbaycanlıları Ermənistan ərazisində və vaxtilə işğal altında olmuş ərazilərdə etnik təmizləməyə məruz qoymasını, şəhərləri, kəndləri, məscidləri qəsdən dağıtmasını, talan və təhqir etməsini hec vaxt pisləməyib, əksinə özü kimi irqçi, daşnak təfəkkürlü soydaşlarına qoşularaq qürrələnib: "Levon Aronyan Ermənistanın keçmiş prezidenti, Vətən müharibəsi zamanı döyüşmək üçün işğal edilmiş ərazilərə gələn, az sonra biabırcasına Ermənistana qaçan Serj Sarqsyan Ermənistan Şahmat Federasiyasının prezidenti olarkən ondan nə üçün Xocalıda mülki azərbaycanlı əhalinin soyqırımının təşkil olunmasında və törədilməsində iştirak etməsini soruşmayıb. Əgər Levon Aronyanda azacıq vicdan hissi varsa, hələ də gec deyil, o, Xocalı cəlladının bu əməlini pisləyə bilər".

"Levon Aronyan bu ilin avqust ayında Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunda iştirak etməmək qərarını “timsah göz yaşı tökərək” təhlükəsizliyi ilə “izah etmişdi”. Halbuki Levon Aronyan Azərbaycan torpaqları işğal altında olarkən 2015-ci ildə Bakıda keçirilən turnirdə - özü də elə Dünya Kubokunda - iştirak etmiş, hətta həvəslə şəkillər də çəkdirmişdi. Görünür, Azərbaycanın Vətən müharibəsində qələbəsi Levon Aronyanı məyus edib. Levon Aronyan düşük şoulardan çəkinməli, diqqətini şahmat oynamağa yönəltməlidir. Əgər Levon Aronyanı həqiqətən də insan iztirabları narahat edirsə, onda o, Ermənistan hökumətini deportasiya edilmiş azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı ilə bağlı Qərbi Azərbaycan İcması ilə dialoqa çağırmalıdır", - açıqlamada vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib

“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib

Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib

Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq

Nazir müavini: COP29-da Xəzərin problemi əsas mövzulardan olacaq

XƏBƏR LENTİ
  • 14:45

    Krivotsyuk oynadı, komandası məğlub oldu
  • 14:43

    Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib
  • 14:23

    Sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılacaq
  • 14:21

    Ombudsmanın nümayəndələri Suriayadan Azərbaycana gətirilmiş vətəndaşların problemlərini öyrənib
  • 14:07

    Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirilib
  • 14:00

    “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
  • 13:52

  • 13:42

    Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
    Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrini təbrik edib
Menyu