Azərbaycanda bu gün baş verən mina partlayışlarında insan tələfatı olması ilə bağlı faciəvi xəbərlər alırıq.
"Operativ Media" xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "X"də bildirib.
"Lakin davam edən hərbi əməliyyat vəziyyəti daha da pisləşdirəcək. Bakı və Qarabağ erməniləri arasında dinc yanaşı yaşamanın yeganə yolu kimi həqiqi dialoqa imkan vermək üçün təcili atəşkəs lazımdır", - o, qeyd edib.