Polşa səfiri Rusiya XİN-ə çağırılıb
Polşa səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında paylaşım edib.
Qeyd edək ki, dünən Polşanın Ukrayna ilə sərhəd ərazisinə iki raket düşüb.
Nəticədə iki dinc sakin həlak olub.
Rusiya Müdafiə Nazirliyi Polşaya atılan raketlərlə əlaqəsinin olmadığını və raket fraqmentlərinin Ukraynaya məxsus "S300" sistemlərinə aid olduğunu açıqlayıb.
Rəsmi Varşava insidentə görə Rusiyanı günahlandırıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net