Menyu

İlham Əliyev Ərdoğana təşəkkür edib

Nərmin Qocamanlı
İlham Əliyev Ərdoğana təşəkkür edib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan liderinin "X" hesabında paylaşım edilib.

“Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir. Azərbaycan və Türkiyə xoş günlərdə də, kədərli anlarda da daim bir yerdədirlər. Beynəlxalq təşkilatlarda həmişə bir-birimizin haqlı mövqeyini müdafiə edirik. Şuşa bəyannaməsi ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Siz də, mən də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan "Bir millət, iki dövlət" kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq”, - o qeyd edib.

Teqlər:

"\u0130lham \u018fliyev \u018frdo\u011fana t\u0259\u015f\u0259kk\u00fcr edib"

Əlaqəli Xəbərlər