http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Dünya mediası ermənilərin Azərbaycana qarşı mina terrorundan yazır

20 Sentyabr 2023 , 12:04
Dünya mediası ermənilərin Azərbaycana qarşı mina terrorundan yazır

Dünyanın kütləvi informasiya vasitələrində Azərbaycan ərazilərində Ermənistanın mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislərin və mülki şəxslərin həlak olmasına diqqət cəlb edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

İsrailin “Jewish Press”, Fransanın “La Gazette”, Türkiyənin “Didim Postası”, İordaniyanın “Nayrouz.com”, Yaponiyanın “ajmedia.jp”, Gürcüstanın qəzet və portallarında azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olması haqqında Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı yayılıb.

Nəzərə çatdırılıb ki, rəsmi Bakı erməni diversiya qruplarının Azərbaycan ərazilərində basdırdığı minaların altı azərbaycanlının – dörd polis əməkdaşının və iki mülki şəxsin həlak olmasına səbəb olduğunu bəyan edib. Azərbaycanın hüquq-mühafizə orqanlarının baş vermiş insidenti terror aktı adlandırdığı və Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən terrorçuluq maddəsi üzrə cinayət işi başlandığı vurğulanıb.

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Qarabağ iqtisadi ərasizindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə ordumuzun sentyabrın 19-da Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsində antiterror əməliyyatına başladığı bildirilib.

OXŞAR XƏBƏRLƏR
Muxtar Babayev Selvin Hart ilə görüşüb

Muxtar Babayev Selvin Hart ilə görüşüb

İran prezidenti Həsən Nəsrullahın ölümünə görə ABŞ-ni günahkar görür

İran prezidenti Həsən Nəsrullahın ölümünə görə ABŞ-ni günahkar görür

“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib

“Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası” təsdiqlənib

XƏBƏR LENTİ
  • 19:10

    Muxtar Babayev Selvin Hart ilə görüşüb
  • 18:54

    Azərbaycan PL: "Zirə" "Kəpəz"i məğlub etdi
  • 18:54

    Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclası keçirilib
  • 18:45

    Gürcüstanda keçirilən Azərbaycan hərbçilərinin də iştirak etdiyi təlimlər başa çatıb
  • 18:18

    İran prezidenti Həsən Nəsrullahın ölümünə görə ABŞ-ni günahkar görür
  • 17:58

    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib
    DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib
  • 17:30

    VII çağırış Naxçıvan Ali Məclisinin ilk iclasının vaxtı məlum olub
  • 17:07

    Elm və təhsil nazirinin Balakəndə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
Menyu