17 Noyabr 2022, 09:22
Cənubi Koreya: Şimali Koreyadan ballistik raket atılıb

Cənubi Koreya ordusu Şimali Koreyadan ölkənin şərq sularına doğru ballistik raketin buraxıldığını açıqlayıb.
Birləşmiş Qərargah Rəisləri Komitəsinin bəyanatına görə, Şimali Koreyanın şərq sahilindəki Kanqvondan atılan qısa mənzilli ballistik raket Yapon dənizinə düşüb.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya hökuməti ballistik raketin Yaponiyanın iqtisadi zonasına düşmə ehtimalının hələ də təsdiqlənmə mərhələsində olduğunu açıqlayıb.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Matsuno Hirokazu raketlə bağlı məlumatların təhlil mərhələsində olduğunu və ölkəsinin ABŞ və Cənubi Koreya ilə əməkdaşlığı davam etdirəcəyini bildirib.