http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Güney azərbaycanlı fəallar antiterror tədbirlərini dəstəkləyiblər

20 Sentyabr 2023 , 19:20
Güney azərbaycanlı fəallar antiterror tədbirlərini dəstəkləyiblər

Xarici ölkələrdə yaşayan Güney Azərbaycandan olan milli fəallar Qarabağda həyata keçirilən antiterror tədbirlərini dəstəkləyirlər.

"Operativ Media" xəbər verir ki, bu barədə güneyli soydaşlarımızın yaydıqları bəyanatda bildirilib.

Milli fəalların bəyanatında vurğulanıb ki, Qarabağ bölgəsində qanunsuz yerləşdirilən Ermənistan hərbi birləşmələri son zamanlar təxribat fəaliyyətlərini genişləndirib, minalardan təmizlənən ərazilərdə partlayıcı vasitələr yerləşdiriblər.

Bəyanatda qeyd olunub ki, erməni quldur dəstələrinin Xocavənd rayonunda basdırdıqları minaların partlaması nəticəsində sentyabr ayının 19-da bir neçə nəfər həlak olub. Eyni gündə Daxili İşlər Nazirliyinin əməkdaşlarını daşıyan maşının minaya düşməsi nəticəsində bir neçə polis əməkdaşı həlak olub, xəsarət alanlar olub:

"Azərbaycan dövlətinin də dəfələrlə bəyan etdiyi kimi, Ermənistan silahlı qüvvələrinin Qarabağ bölgəsindəki varlığı 10 noyabr 2020-ci il tarixində imzalanan Üçtərəfli bəyanatın maddələrinə zidddir, bölgədə sülh və əmin-amanlıq üçün ciddi təhlükə yaradıb.

Şübhəsiz ki, Üçtərəfli bəyanatın həyata keçirilməsi Qarabağda törədilən geniş xarakterli təxribatların qarşısının alınmasına və Ermənistan silahlı qüvvələrinə bağlı birliklərin silahsızlaşdırılaraq ərazidən çıxarılmasına səbəb olacaq. Eyni zamanda Qarabağa qayıdan dinc əhalinin, orada çalışan işçilərin və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması, sərhədlərin toxunulmazlığı, bölgədə sülh və əmin-amanlığın yaranmasını təmin edəcək".

"Milli fəallar olaraq, Ermənistanı Üçtərəfli bəyanata sadiq qalmağa, bu dövlətə bağlı bütün silahlı birliklərin Azərbaycan torpaqlarını tərk etməsini tələb edirik. Dünya birliyini isə Azərbaycana qarşı erməni təxribatlarını qınamağa, Azərbaycan əhalisinin təhlükəsizliyini qorumağa, bölgədə barışın qorunması üçün çalışan soydaşlarımızı müdafiə etməyə çağırırıq. Bir daha bu haqlı mücadilədə Azərbaycan dövlətinin və xalqının yanında olduğumuzu, əlimizdən gələn hər cür yardımı və dəstəyi əsirgəməyəcəyimizi bildirir, Müzəffər Ordumuza uğurlar diləyirik", - bəyanatda bildirilib.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

XƏBƏR LENTİ
  • 23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • 22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • 21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • 21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • 21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • 21:04

    İranda 5 günlük matəm elan olunub
  • 20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
  • 19:57

    Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib
    Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib
Menyu