http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb - FOTO

20 Sentyabr 2023 , 21:32
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb - FOTO

20 sentyabr 2023-cü il tarixində BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Hissein Brahim Taha ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, görüşdə, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq gündəliyi, cari ilin sonunda Qambiyada keçiriləcək İƏT-in Zirvə Görüşünə hazırlıq məsələləri, habelə bölgədə cari vəziyyət müzakirə olunub.

C.Bayramov, Azərbaycanın İƏT-ə üzv olduğundan bəri Təşkilatla qurulan sıx əməkdaşlıqdan məmnunluqla bəhs edərək, bu xüsusda İƏT-in hər zaman ölkəmizin ərazi bütövlüyü və suverenliyi ilə bağlı ədalətli mövqedən çıxış etməsini minnətdarlıqla xatırlayıb. Bu istiqamətdə, xüsusilə Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin “seçkilər” adlandırdığı qanunsuz fəaliyyətinin İƏT tərəfindən pislənilməsinin təqdirəlayiq olduğu bildirilib.

Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi dövründə QH ilə İƏT arasında əlaqələrin inkişafı istiqamətində əməli tədbirlərin görüldüyü, bundan sonra bu tərəfdaşlığın institusional çərçivəsinin də müəyyən edilməsinin faydalı olacağına inandığımız bildirilib.

C.Bayramov, həmçinin bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Azərbaycanın Qarabağ bölgəsində mövcud erməni silahlı birləşmələrinin bölgədəki sülh və stabilliyə əsas təhdid mənbəyi olduğu, bu xüsusda, baş verə biləcək təxribatların qarşısının alınması, habelə vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması məqsədilə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirildiyi diqqətə çatdırılıb. Görülən tədbirlərin hədəfinin qanunsuz hərbi birləşmələr və hərbi infrastruktur olduğu, mülki əhalinin hədəf alınmadığı, onların təhlükəsizliyinin təmin olunması üçün bütün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Azərbaycanın suveren torpaqlarında 30 illik işğal dövründən qalma, milli qanunvericilik və beynəlxalq hüquqa zidd olan hər hansı hərbi mövcudluğun qəbuledilməz olduğu, bu xüsusda tərəfimizdən görülən tədbirlərin bu qanunsuz qüvvələrin çıxarılmasına və qondarma rejimin buraxılmasına istiqamətləndiyi vurğulanıb.

Baş katib Hissein Brahim Taha, İƏT-in ölkəmizin suverenliyi və ərazi bütövlüyünü tam şəkildə dəstəklədiyini diqqətə çatdıraraq, bölgədə sabitliyin bərqərar edilməsi istiqamətində göstərilən səylərin dayanıqlı sülh quruculuğu prosesində əhəmiyyətli rolu olduğunu bildirib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu