Menyu

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarabağda baş verənləri müzakirə ediblər

İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qarabağda baş verənləri müzakirə ediblər

Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. 

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

Bildirilib ki, liderlər Qarabağdakı vəziyyəti müzakirə ediblər. 

"Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə telefonla danışıb. Söhbət zamanı Ərdoğan həmkarından Azərbaycanın Qarabağda başlatdığı əməliyyatın hazırkı vəziyyəti ilə bağlı məlumat alıb. Prezident Türkiyənin Azərbaycana səmimi dəstəyini bir daha vurğulayıb", - ofisdən bildirilib.

Bundan əlavə, liderlər iki ölkəni narahat edən regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. 

Teqlər:

"\u0130lham \u018fliyev v\u0259 R\u0259c\u0259b Tayyib \u018frdo\u011fan Qaraba\u011fda ba\u015f ver\u0259nl\u0259ri m\u00fczakir\u0259 edibl\u0259r"

Əlaqəli Xəbərlər