http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb

21 Sentyabr 2023 , 06:51
Ceyhun Bayramov səudiyyəli həmkarı ilə görüşüb

20 sentyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Faysal bin Farhan Al Saud ilə görüş keçirib.

Xarici İşlər Nazirliyindən İqtisadiyyat.az-a bildirilib ki, görüş zamanı tərəflər siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və ikitərəfli əməkdaşlığın gündəliyində duran bir sıra digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar və qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

C.Bayramov regionda baş verən son proseslər ilə bağlı məlumat verərək, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini ölkəmizin ərazisindən çıxarmamasının bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olduğunu bildirib.

Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda qondarma rejimin nümayəndələrinin bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atdığı və bu təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının ərazilərimizdən çıxarılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Görülən tədbirlərin hədəfinin müstəsna olaraq regionda bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturlar olduğu diqqətə çatdırılıb.

Görüşdə tərəflər həmçinin qarşılqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu