http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

21 Sentyabr 2023 , 07:10
Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.

Azərbaycanın Xarici İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, görüş zamanı, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasından irəli gələn məsələlər, ətraf mühitin qorunması sahəsində mümkün əməkdaşlıq perspektivləri, ölkəmizin konvensiya çərçivəsində təşəbbüsləri müzakirə olunub.

C.Bayramov Azərbaycan tərəfindən ətraf mühitin qorunması və bərpası sahəsində təsdiqlənmiş bir sıra dövlət proqramlarının icrası istiqamətində ölkəmizin BMT-nin bir sıra qurumları ilə aktiv əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Ölkəmizin bu sahədə ənənəvi enerji mənbələrindən alternativ enerjiyə keçid istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda, ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun özündə bərpaolunan enerji istehsalında əməkdaşlığı nəzərdə tutmasının bu sahənin təşviqində mühüm rol oynadığını diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu