http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

XİN başçısı: "Azərbaycanın bütün yəhudi icmaları ilə dostluq münasibəti mövcuddur"

21 Sentyabr 2023 , 07:16
XİN başçısı: "Azərbaycanın bütün yəhudi icmaları ilə dostluq münasibəti mövcuddur"

Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə ənənəvi dostluq münasibəti mövcuddur.

Azərbaycanın Xarici İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Yəhudi Təşkilatlarının Koalisiyasının (YTK) nümayəndələri ilə görüşündə deyib.

Görüş zamanı, ABŞ-da yerləşən yəhudi təşkilatları ilə əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri və yeni əməkdaşlıq imkanları, eləcə də bölgəmizdə cari vəziyyət müzakirə olunub.

C.Bayramov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə ənənəvi dostluq münasibətinin mövcudluğunu vurğulayaraq, ölkəmizin bu əlaqələrin daha da gücləndirilməsi və yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb. Eyni zamanda, Azərbaycanın Amerika yəhudi təşkilatları ilə əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub və Azərbaycan yəhudi icmasının illər boyu ölkəmizdə sülh şəraitində dinc yanaşı yaşadığı və yaxından cəmiyyətimizə inteqrasiya olunduğu qeyd edilib.

Nazir, həmçinin Azərbaycanda tolerantlıq və multikulturalizmin tarixən mövcud olduğunu, müxtəlif konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində ölkəmizdə dinc yanaşı yaşadığını, çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini və konfessional rəngarəngliyin ölkəmizin sosial həyatında xüsusi yer tutduğunu qeyd edib.

C.Bayramov YTK-nın nümayəndələrini regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror tədbirləri barədə məlumatlandırıb və bunları şərtləndirən amilləri diqqətə çatdıraraq, YTK-nın regionumuzdakı həqiqətlərin Amerika ictimaiyyətinə çatdırılmasındakı rolunu vurğulayıb.

Görüşdə tərəflər, həmçinin Azərbaycan-ABŞ münasibətlərinin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu