http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

QAİ Kanadanın xarici işlər nazirinin anti-Azərbaycan açıqlaması ilə əlaqədar dərin hiddətini ifadə edir

21 Sentyabr 2023 , 09:30
QAİ Kanadanın xarici işlər nazirinin anti-Azərbaycan açıqlaması ilə əlaqədar dərin hiddətini ifadə edir

Qərbi Azərbaycan İcması Kanadanın xarici işlər nazirinin növbəti anti-Azərbaycan açıqlaması ilə əlaqədar dərin hiddətini ifadə edir.

"Operativ Media" xəbər verir ki, Qərbi Azərbaycan İcması bu barədə bəyanat yayıb.

Bildirilib ki, “öz müqəddəratını təyinetmə” prinsipindən danışan Kanada diplomatiyası faktiki olaraq özünü gülünc vəziyyətə qoyub.

“Bu günlərdə okeanın o tayından tələm-tələsik Avropa İttifaqının Ermənistandakı missiyasına heyət göndərən, yaxın zamanlarda Ermənistanda səfirlik açmağı planlaşdıran Kanada, görəsən, həqiqətən də bilmir ki, heç Ermənistanın özü 2020-ci il Vətən müharibəsindən sonra “öz müqəddəratını təyinetmə” prinsipinə toxunmur. Amma əgər Kanada “öz müqəddəratını təyinetmə” prinsipinə bu qədər dəyər verirsə, onda ilk öncə özündən başlaya və müstəqillik hissinin çox yüksək olduğu əyalətinə müstəqillik verə bilər. Kanadadan Azərbaycana qarşı düşük açıqlamalara son qoymağı və ölkəmizin daxili işlərinə qarışmamağı tələb edirik”, - bəyanatda qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu