http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlaxı tərk edib - YENİLƏNİB 4

21 Sentyabr 2023 , 14:10
Qarabağın erməni sakinlərinin nümayəndələri Yevlaxı tərk edib - YENİLƏNİB 4

Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri Yevlaxı tərk edib.

Bu barədə "Operativ Media" xəbər verir.

***

13:26

Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş başa çatıb.

"Operativ Media" xəbər verir ki, görüş Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə keçirilib.

***

11:37

Sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.

"Operativ Media" xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.

Qarabağın erməni sakinlərini isə Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi iştirakçı kimi görüşə qatılıb.

***

10:15

Qarabağın erməni sakinlərinin nümayəndələri Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs Ramin Məmmədovla görüşmək üçün Yevlax şəhərinə gəliblər.

"Operativ Media" xəbər verir ki, onları Azərbaycan polisi və Rusiya sülhməramlıları müşayiət ediblər.

Yevlaxda keçiriləcək görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə ediləcək.

***

10:04

Qarabağın Azərbaycanlı icmasının nümayəndələri sentyabrın 21-də Azərbaycan tərəfi ilə görüşmək üçün Yevlax şəhərinə hərəkət edirlər.

"Operativ Media" xəbər verir ki, Qarabağın erməni icmasının nümayəndələri hazırda Ağdam rayonu ərazisindən keçərək Yevlax şəhərinə doğru gedirlər.

Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələndi. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş təyin edildi.

Yevlaxda keçiriləcək görüşdə Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələləri müzakirə ediləcək.

Xatırladaq ki, əldə edilən razılaşmaya əsasən, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır.

Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir.

Yuxarıda qeyd olunan proseslərin Rusiya sülhməramlı kontingenti ilə əlaqələndirilmiş şəkildə həyata keçirilməsi təmin edilir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB

Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərinə baxıblar - YENİLƏNİB

İlham Əliyev və Aleksandır Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİB

İlham Əliyev və Aleksandır Lukaşenkoya Şuşanın Baş planı barədə məlumat verilib - YENİLƏNİB

Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar - YENİLƏNİB

Azərbaycan və Belarus prezidentləri Şuşada “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 10:37

    Məleykə Abbaszadə: Builki keçid ballarının artması yüksək prestijli ixtisaslarda ola bilər
  • 10:36

    Məleykə Abbaszadə: Bu il 11-ci siniflərin imtahan nəticələri yüksək olub
  • 10:22

    Bakıda qanunsuz tikintilərin qarşısı alınıb (VİDEO)
  • 10:21

    Ötən gün cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb
  • 10:17

    Bəzi yerlərə leysan, dağlıq ərazilərdə qar yağıb - FAKTİKİ HAVA
  • 10:15

    Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb (FOTO)
  • 09:54

    Ziya Bünyadov-Atatürk prospektlərinin kəsişməsində, Aeroport şosesində yol-nəqliyyat hadisələri baş verib
  • 09:50

    Bakıda nənəsini və həyat yoldaşını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Menyu