http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Türkiyənin milli müdafiə naziri Azərbaycanın müdafiə nazirini təbrik edib

21 Sentyabr 2023 , 12:27
Türkiyənin milli müdafiə naziri Azərbaycanın müdafiə nazirini təbrik edib

Sentyabrın 21-də Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

"Operativ Media" xəbər verir ki, barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Cənab Y.Güler antiterror tədbirlərinin uğurla başa çatması münasibətilə Azərbaycanın müdafiə nazirini təbrik edib, Türkiyənin hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanında olduğunu qeyd edib.

Türkiyə milli müdafiə naziri şəhid olan hərbi qulluqçularımıza rəhmət diləyib, onların ailələrinə dərin hüznlə başsağlığı verib və bütün yaralılara Allahdan şəfa diləyib.

General-polkovnik Z.Həsənov Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə əldə edilən hərbi uğurlardan danışıb. Müdafiə naziri antiterror tədbirləri zamanı hərbçilərimizin qəhrəmanlıq, şücaət və peşəkarlığının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini xüsusi vurğulayıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu