http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Sahibə Qafarova Yevlax görüşündən gözləntilərini açıqlayıb

21 Sentyabr 2023 , 13:17
Sahibə Qafarova Yevlax görüşündən gözləntilərini açıqlayıb

"Ümid edirəm ki, bugünkü dialoq erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcək".

"Operativ Media" xəbər verir ki,  bunu Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən Sosial və mədəni məsələlər üzrə daimi komitəsinin iclasının açılış mərasimində çıxışı zamanı deyib.

Spiker sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin bir sıra irimiqyaslı hərbi təxribatlara və terror aktlarına əl atdığını iştirakçıların nəzərinə çatdırıb.

O, bu təxribatlara cavab olaraq, ölkəmizin regionda lokal anti-terror tədbirlərinə başladığını deyib, bu tədbirlərin məqsədinin Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ərazilərindən tərksilah edilərək çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası olduğunu vurğulayıb.

S.Qafarova bildirib ki, ötən gün Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin müraciətinə baxılaraq qeyd olunan şərtlər əsasında lokal anti-terror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub.

Milli Məclisin sədri, erməni sakinlərin nümayəndələri ilə bu gün yenidən başlayacaq dialoqun onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası ilə nəticələnəcəyinə, öz növbəsində Ermənistanın da normallaşma prosesi çərçivəsində məsuliyyətli davranacağına və regionumuzda uzunmüddətli sülhü və sabitliyi təmin edəcək sülh sazişini imzalayacağına ümidvar olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu