http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ceyhun Bayramov Niderland xarici işlər naziri ilə görüşüb

21 Sentyabr 2023 , 20:24
Ceyhun Bayramov Niderland xarici işlər naziri ilə görüşüb

21 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Hanke Braun Slot ilə görüşüb.

Bu barədə "Operativ Media"ya Xarici İşlər Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, nazir Ceyhun Bayramov həmkarını Ermənistanın 30 ilə yaxın müddətdə ərazilərimizin işğalı, 44 günlük Vətən müharibəsindən sonra Emənistanın Azərbaycanın Qarabağ bölgəsində qurduğu rejimin qanunsuz mövcudluğundan irəli gələn regional risklər və təhdidlər, Ermənistanın sülh prosesinə xələl gətirən addımları barədə ətraflı məlumat verib.

Nazir Ceyhun Bayramov bölgədə lokal xarakterli antiterror tədbirlərini şərtləndirən amillərdən söz açaraq qondarma rejimin son təxribatları, terror hücumları barədə həmkarını ətraflı məlumatlandırıb, ölkəmizin suveren ərazisi daxilində növbəti hərbi təxribatların və terror aktlarının qarşısının alınması məqsədilə Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən tədbirlərin beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarına tam uyğun olduğunu vurğulayıb.

Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin öhdəliklərə zidd olaraq bölgədə qanunsuz mövcudluğunu davam etdirməsinin davamlı sülhə ciddi əngəl olması səbəbindən onların Azərbaycan ərazisindən qeyd-şərtsiz və tamamilə çıxarılmasının, qondarma rejimin buraxılmasının labüd olduğu, hərbi təxribatların və törətdilmiş terror aktlarının qətiyyətlə pislənməsinin, Ermənistan daxilində separatist və revanşist qüvvələrin cəsarətləndirilməsinə yönəlik bəyanatların verilməməsinin zəruri olduğu nazir tərəfindən vurğulanıb.

Görüşdə, həmçinin 20 sentyabr tarixində Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəticəsində lokal xarakterli antiterror tədbirlərinin dayandırıldığı, 21 sentyabr tarixində Azərbaycanın Yevlax şəhərində reinteqrasiya məsələlərini müzakirəsi məqsədilə görüş keçirildiyi diqqətə çatdırılıb, bu addımların Azərbaycan Ermənistan arasında normallaşma gündəliyi üzrə maneənin aradan qalxmasına töhfə verəcəyi diqqətə çatdırılıb.

Daha sonra Azərbaycanla Niderland arasında qarşılıqlı maraq kəsb edən digər mövzular üzrə fikir mübadilələri aparılıb.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu