http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 12 ° C

Qarabağda silahını yerə qoymayanları nə gözləyir?

22 Sentyabr 2023 , 16:29
Qarabağda silahını yerə qoymayanları nə gözləyir?

"Silahı yerə qoymayan, onu Azərbaycana təhvil vermək istəməyənlər var. Razılaşmaya zidd hər-hansı bir hərəkətin anında qarşısının alınması üçün dövlətin xüsusi planı var".

Bunu "Operativ Media" ya açıqlamasında Hərbi ekspert Ramil Məmmədli deyib

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, razılaşmaya əsasən qanunsuz erməni hərbi birləşmələri həm silah-sursat və texnikaları, həm də hərbi infrasktrukturu Azərbaycana təhvil verməyə başlayıblar.  Bu məqsədlə Azərbaycan dövləti tərəfindən yaradılan komisiya da öz işini axsatmadan görməkdədir. 

"Bütün hallarda bu prosesdə qanunsuz erməni silahlı birləşmələrinin bəzi üzvlərinin problemlər çıxaracağı şübhəsiz idi. Ancaq razılaşmaya zidd hər-hansı bir hərəkətin anında qarşısının alınması üçün dövlətin xüsusi planı var. Yəni kimsə silahı yerə qoymayıb, nəyəsə cəhd etsə, cəzasını alacaq. Silahlı qüvvələrin, dövlətin bununla bağlı tədbirləri var. Bu planda ərazidə müəyyən yerüstü əməliyyatların planların həyata keçirilməsi və s. Tapşırıq var. O haldakı Azərbaycan dövlətinə, silahlı qüvvələrinə hər-hansı bir müqavimət olsun, hər hansı bir cəhd göstərən qanunsuz birləşmələrin zərərsizləşdirilməsi planda öz əksini tapıb''

Ekspert deyir ki, orada olan qanunsuz silahlı birləşmələr əslində bunu yaxşı dərk edir və bilir.

O, həmçinin əlavə etdi ki, orada yaşayan mülkü əhaliyə münasibət isə birmənalıdır. Dövlət bu məsələdə humanizm prensipləirni qorumaqda davam edəcək.

''Azərbaycan silahlı qüvvələrinin komandanlığına silah və texnikanı təhvil verənlər əvvəlcə islah olunacaqlar. Sonra onların Ermənistan ərazisinə keçidi təmin olunacaq. Və yaxud da Azərbaycan ərazisindən keçməklə üçüncü ölkəyə keçməsi təmin olunacaq. Bu praktikada var ki, bəzən o hərbçilər geri qayıtmaq istəmir və  başqa ölkəyə keçmək istəyir''

OXŞAR XƏBƏRLƏR
Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Ayxan Hacızadə Peter Stanonun səsləndirdiyi fikirlərə cavab verib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

XƏBƏR LENTİ
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
  • Dünən
    21:04

    İranda 5 günlük matəm elan olunub
  • Dünən
    20:35

    Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik
Menyu