Menyu

BMT Qarabağa missiya göndərilməsi təklifinə münasibət bildirib

BMT Qarabağa missiya göndərilməsi təklifinə münasibət bildirib

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın BMT Təhlükəsizlik Şurasının iclasında Qarabağa BMT sülhməramlı missiyasının göndərilməsi təklifi yalnız BMT Təhlükəsizlik Şurasının qərarı ilə həyata keçirilə bilər". 

"Operativ Media" xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə TASS-ın sualını cavablandırarkən bildirib.

“İstənilən sülhməramlı missiyalarla bağlı qərarlar BMT Təhlükəsizlik Şurası tərəfindən verilir”, - o qeyd edib.

Xatırladaq ki, cümə axşamı BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclasında Ermənistanın xarici işlər naziri bildirib ki, Qarabağda sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün BMT mandatı altında sülhməramlı qüvvələrə bölgəyə gəlməsi üçün imkan yaratmaq lazımdır. 


 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər