Almaniyada tələbələrə hicabın qadağan olunması tələb edilir

Nərmin Qocamanlı
Almaniyada tələbələrə hicabın qadağan olunması tələb edilir

Almaniyada anti-islamizmi ilə tanınan ifrat sağçı AfD partiyası Saksoniya əyalətində tələbələrə hicab qadağası tətbiq etmək üçün qanun layihəsi hazırlayıb.

"Operativ Media" xəbər verir ki, AfD partiyası Almaniyanın Saksoniya əyalətində məktəb və uşaq bağçalarında hicabın qadağan edilməsini tələb edib.

Mövzu ilə bağlı qanun layihəsi təqdim edən siyasətçi Doreen Schwietzer, əcnəbilərin ölkəyə uyğunlaşmalı olduqlarını söyləyib.

Siyasətçisi bildirib ki, tələbələrin dərslərdə papaq və ya digər oxşar baş geyimləri taxması nəzakətsizlikdir.

“Ölkəmizə gələnlər bu qaydaya əməl etməlidir” deyən alman siyasətçi bu qaydaya rəğmən hicab taxmağın “inteqrasiyaya qarşı çıxmaq” anlamına gəldiyini bildirib.

Digər xəbərlər