http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Sülhün bərqərar olması səyləri yenidən Ermənistanın revanşizm siyasətinin qurbanına çevrildi - Ceyhun Bayramov

23 Sentyabr 2023 , 20:21
Sülhün bərqərar olması səyləri yenidən Ermənistanın revanşizm siyasətinin qurbanına çevrildi - Ceyhun Bayramov

30 ilə yaxın hərbi işğal nəticəsində Azərbaycan xalqının çəkdiyi misli görünməmiş əzablara, məhrumiyyətlərə və dağıntılara baxmayaraq, Azərbaycan normallaşma gündəliyi təşəbbüsü ilə çıxış edib və qarşı tərəfə bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərin bütövlüyü və toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi çərçivəsində hər iki tərəfin legitim maraqlarına bərabər və qarşılıqlı hörmətə əsaslanan sülh təklif edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri cənab Ceyhun Bayramovun Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının “Etimadın yenidənqurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi” mövzusunda Ümumi Müzakirələri çərçivəsində səsləndirdiyi bəyanatda bildirilib.

Nazir qeyd edib ki, son bir neçə ay ərzində beynəlxalq tərəfdaşların yekdil səyləri sayəsində danışıqlar prosesi güclənib və məhdud, lakin ümidverici nəticələr verib: “Buna baxmayaraq, müşahidə etdiyimiz tendensiya, Ermənistanın danışıqları imitasiya etmək, götürdüyü öhdəliklərdən son anda yayınmaq və konkret qərarlar qəbul etməkdən çəkimək üçün danışıqların hər mərhələsində siyasi, hərbi və digər təxribatlar törətmək üçün keçmiş təcrübəsini təkrarlaması oldu.

Beləliklə, Azərbaycan və Ermənistan arasında möhkəm sülhün bərqərar olması səyləri yenidən Ermənistanın revanşizm siyasətinin qurbanına çevrildi”.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

XƏBƏR LENTİ
  • 08:37

    Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər
  • 08:33

    Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
Menyu