17 Noyabr 2022, 13:07
BMT nümayəndə heyəti ikinci dəfə Ukraynaya gedəcək
BMT-nin Ukraynada insan haqları pozuntularını araşdırmaq üzrə müvafiq komissiyası ilin sonuna kimi ölkəyə ikinci səfəri planlaşdırır.
"Operativ Media" xəbər verir ki, bunu BMT baş katibinin siyasi məsələlər üzrə köməkçisi Rozmari Dikarlo bildirib.
O, qeyd edib ki, ukraynalılar son vaxtlar 9 aydır davam edən müharibənin ən şiddətli bombardmanlarına məruz qalıblar.
Dikarlo Ukraynada davam edən bombardmanın ölkənin elektrik enerjisi istehsal imkanlarının təxminən yüzdə 40-ına zərər verdiyinə və Kiyevin böyük hissəsinin gündə 12 saat işıqsız qaldığına diqqət çəkib.