http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Ərdoğan Naxçıvana səfər edəcək 

24 Sentyabr 2023 , 11:53
Ərdoğan Naxçıvana səfər edəcək 

Azərbaycanın Qarabağdakı antiterror addımlarının ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Naxçıvana gələcək.

"Operativ Media" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan sabah Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Səfər İlham Əliyevin dəvəti ilə baş tutacaq.

Görüşdə antiterror addımlarından sonra erməni separatçı qrupların tərksilah prosesi və növbəti siyasi proseslər müzakirə olunacaq.

İclasda Naxçıvanla Azərbaycan arasında quru əlaqəni təmin edəcək və bununla da Türkiyə ilə Azərbaycan arasında fasiləsiz gediş-gəlişi təmin edəcək Zəngəzur dəhlizi də gündəmdə olacaq.

2020-ci ildə ikinci Qarabağ müharibəsindən sonra Ermənistanla əldə olunan razılaşmanın maddələrindən biri də bu dəhlizin açılması olub. Lakin hələlik razılaşmanın bu maddəsi yerinə yetirilməyib. 

Xatırladaq ki, Ərdoğan BMT Baş Assambleyasındakı çıxışında Zəngəzur dəhlizi ilə bağlı verilən vədlərin yerinə yetirilməsini gözlədiklərini qeyd edib. 

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir

Ceyhun Bayramov: Bəzi üçüncü tərəflərin bölgədə destruktiv fəaliyyəti bölgədə sülhə xidmət etmir

Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransında çıxış edib

Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə II Avropa Konfransında çıxış edib

Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir

Sahibə Qafarova Çex Respublikasında rəsmi səfərdədir

XƏBƏR LENTİ
  • Dünən
    23:21

    Atəşkəsdən sonra Qəzzada 200-ə yaxın adamın öldüyü bildirilir
  • Dünən
    23:13

    Azərbaycan yığması liderliyi təmin etdi
  • Dünən
    23:01

    Putinin fərmanı ilə Rusiya SQ hərbçilərinin sayı təxminən 170 min nəfər artacaq
  • Dünən
    22:53

    Türkiyə ordusu Şimali İraqda PKK-ya məxsus 16 hədəfi məhv edib
  • Dünən
    22:42

    Almaniyada terror hazırlığında şübhəli bilinən şəxs həbs edilib
  • Dünən
    22:27

    Vəkillər Kollegiyasında Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib
  • Dünən
    22:14

    İsrail ordusu Hizbullahın infrastrukturuna hücumlar təşkil edib
  • Dünən
    22:00

    Naxçıvanda “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC təsis edilib
Menyu