Ermənistan XİN rəsmisi sülh danışıqları ilə bağlı bəzi detalları açıqlayıb
Nərmin Qocamanlı
Ermənistan XİN müavini Paruyr Ovannisyan sülh danışıqları ilə bağlı bəzi detalları açıqlayıb
"Operativ Media" xəbər verir ki, Ovanisyanın sözlərinə görə, müqavilə iki ölkə arasında münasibətlərin qurulması lazım olan ümumi prinsipləri ehtiva edir. Danışıqlar Bakı və İrəvanın təklifləri əsasında aparılır.
O qeyd edib ki, proses müxtəlif istiqamətlərdə gedir: sülh müqaviləsi, sərhədlərin demarkasiyası və delimitasiyası, kommunikasiyaların açılması, “Qarabağda insan hüquqlarının və təhlükəsizliyin təmin edilməsi”.