http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

İCMA Fransanı öz bəd əməllərindən əl çəkməyə çağırıb

25 Sentyabr 2023 , 14:50
İCMA Fransanı öz bəd əməllərindən əl çəkməyə çağırıb

"Fransanın prezidenti Emmanuel Makron 2023-ü il sentyabrın 24-də Fransanın “TF1” və “France 2” televiziya kanallarına verdiyi müsahibəsində Azərbaycanı guya Ermənistanın ərazi bütövlüyünə təhdid törətməkdə ittiham edib və Qarabağda humanitar problemlərin olmasını iddia edib".

"Operativ Media" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.

"Xatırladaq ki, Fransa hökuməti son 30 ildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinə, etnik təmizləmə yolu ilə bir milyona yaxın azərbaycanlını evindən qovmasına, Azərbaycan ərazilərinin əhəmiyyətli bir hissəsini viran qoymasına heç vaxt münasibət bildirməyib. Fransa Ermənistanda bir nəfər də olsun azərbaycanlının qalmamasına göz yumur. Əksinə, Fransa bütün vasitələrlə Ermənistanı müdafiə edərək, onun bu əməllərinə şərik olub.

Belə olan təqdirdə, iki ölkə arasında davamlı sülh üçün ümidlər yarandığı bir məqamda Fransa prezidentinin destruktiv, təhrikçi və yanlış bəyanatı bu dövlətin regionda sülhdə maraqlı olmadığını göstərir.

Biz Fransa hökumətini öz bəd əməllərindən əl çəkməyə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətlə yanaşmağa, Azərbaycan hökumətinin re-inteqrasiya tədbirlərinə maneə olmamağa və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına dəstək verməyə çağırırıq", - bəyanatda vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

Ərdoğan: İsrailin Livana qarşı qeyri-insani hücumlarını pisləyirik

XƏBƏR LENTİ
  • 08:37

    Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər
  • 08:33

    Azərbaycan və Belarus XİN başçıları ticarət üzrə əməkdaşlığın perspektivlərini müzakirə ediblər
  • Dünən
    23:46

    Bakıda obyektdəki yanğın söndürülüb
  • Dünən
    23:07

    Netanyahu: İsrail düşmənlərinə zərbələr endirməyə davam edəcək
  • Dünən
    22:19

    İsrail ordusu "Hizbullah"ın kəşfiyyat idarəsinin üzvünü zərərsizləşdirib
  • Dünən
    21:45

    Azərbaycan PL: "Neftçi" yenə qələbə qazana bilmədi
  • Dünən
    21:42

    İndoneziya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə namizədliyini irəli sürəcək
  • Dünən
    21:11

    Bayden: ABŞ İsrailin Hizbullaha qarşı özünü müdafiə etmək hüququnu tam dəstəkləyir
Menyu