Putin Rəisi ilə Qarabağdakı vəziyyəti müzakirə edib
Nərmin Qocamanlı
İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putinə zəng edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Vladimir Putin İran prezidenti ilə Qarabağdakı vəziyyəti müzakirə edib. Putin və İran prezidenti telefon danışığında Qarabağla bağlı bütün məsələlərin müstəsna olaraq sülh yolu ilə həllinin vacibliyini vurğulayıblar. Rusiya Federasiyasının prezidenti Rəisiyə Rusiya sülhməramlı kontingentinin Qarabağdakı fəaliyyəti barədə məlumat verib.
Putin və Rəisi 3+3 regional məsləhət platformasının işini aktivləşdirməkdə maraqlı olduqlarını bildiriblər.