Menyu

Ayxan Hacızadə Fransa XİN rəhbərinə cavab verib

Ayxan Hacızadə Fransa XİN rəhbərinə cavab verib

"Yardım istəmək və ya istəməmək qərarı həmin ölkənin hökumətinə məxsusdur. Təəssüflər olsun ki, görünür, madam Ketrin Kolonna regiondakı mövcud vəziyyətlə bağlı kifayət qədər məlumatlı deyil".

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə "X"də qeyd edib.

"Son bir neçə gündə Azərbaycan yerli ermənilərə tonlarla yardım göndərib. Bundan əlavə, biz 15 yanğınsöndürən maşın, dərmanlar göndərdik və yanacaq anbarının partladığı bölgəyə tibbi yardım təklif etdik.

Azərbaycan xoşməramlı jest olaraq Ermənistan helikopterləri üçün öz hava məkanını açdı və Ermənistan tərəfindən təcili yardım maşınlarının gətirilməsinə şərait yaratdı.

Daxili siyasi mənfəətlər üçün vəziyyəti gərginləşdirməyə ehtiyac yoxdur", - o bildirib.

Teqlər:

"Ayxan Hac\u0131zad\u0259 Fransa X\u0130N r\u0259hb\u0259rin\u0259 cavab verib"

Əlaqəli Xəbərlər