Menyu

Serbiyanın sabiq xarici işlər naziri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Nərmin Qocamanlı
Serbiyanın sabiq xarici işlər naziri Prezident İlham Əliyevə məktub ünvanlayıb

Serbiyanın sabiq xarici işlər naziri, BMT Baş Assambleyasının 67-ci sessiyasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Vuk Yeremiç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Operativ Media" xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri!

Sizi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə təbrik edirəm.

Mən etnik ermənilərin ölkənizdə qalıb öz həyatlarına davam etmələri və ya ərazini sərbəst şəkildə tərk etmələri üçün lazımi şəraitin yaradılması ilə bağlı Azərbaycanın addımını alqışlayıram.

Həmçinin mən Azərbaycanın Kosovo və Metoxiya məsələsində Serbiyaya göstərdiyi prinsipial və ardıcıl dəstəyə görə dərin minnətdarlığımı bildirirəm.

Sizə Ermənistan ilə sülh prosesini başa çatdırmaq üçün göstərdiyiniz səylərdə uğurlar arzulayıram.

Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Teqlər:

"Serbiyan\u0131n sabiq xarici i\u015fl\u0259r naziri Prezident \u0130lham \u018fliyev\u0259 m\u0259ktub \u00fcnvanlay\u0131b"

Əlaqəli Xəbərlər