Menyu

DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunan tədbir keçirilib - FOTO

DTX-nin Mədəniyyət Mərkəzində Anım Gününə həsr olunan tədbir keçirilib - FOTO
1 dəq oxu

27 Sentyabr - Anım Günü ilə bağlı Bakı Bələdiyyə Teatrı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində “Unutqanlıq qorxunc bəladır” adlı tamaşa səhnələşdirilib.

Bu barədə "Operativ Media"ya DTX-nin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DTX-nin əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə nümayiş etdirilən, Azərbaycan xalqının məruz qaldığı soyqırımı və digər faciəvi hadisələrdən bəhs edən tamaşa qonaqların böyük marağına səbəb olub.

Fotogalereya

Əlaqəli Xəbərlər