Rusiya Vardanyana kömək etməkdən imtina edib
"Qarabağın keçmiş dövlət naziri Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtinasının nəticələri onun şəxsi seçimidir və bu, Rusiya pasportunun qiymətsizliyinə şübhə edənlər üçün yaxşı nümunə ola bilər".
"Operativ Media" xəbər verir ki, bu barədə RİA Novosti-yə Rusiya Federal Şurasının Konstitusiya Komissiyasının üzvü Aleksandr Başkin bildirib.
O, Vardanyanın Rusiyadan kömək ala bilməyəcəyini qeyd edib.
"Vətəndaşlıqdan çıxmaq könüllü seçim olub, müvafiq olaraq, bu addımın bütün hüquqi nəticələri onun öz seçimidir. Düşünürəm ki, onun vətəndaşlıqdan könüllü çıxmasının hüquqi nəticələri olacaq. Ona görə ki, o, indi Rusiya Federasiyasından kömək ala bilmir və ala bilməyəcək", - Başkin bildirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net