http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

İraqda Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb - FOTO

27 Sentyabr 2023 , 23:18
İraqda Qarabağ müharibələri şəhidlərinin xatirəsi anılıb - FOTO

“Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının” (ABİA) və İraqın Telafər şəhər meriyasının birgə təşkilatçılığı ilə İraqın türkmənlər yaşayan Telafər şəhərində Qarabağ müharibələri zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan azərbaycanlıların Anım Günü ilə bağlı tədbir keçirilib.

"Operativ Media" xəbər ki, İraqda Azərbaycan xalqı ilə dərin etnik, mənəvi-mədəni bağlara malik türkmənlərin yaşadıqları bölgənin əsas şəhərlərindən biri olan Telafərin Gənclik Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb, ruhlarına dualar oxunub.

Şəhər meri Seyid Qasim Şərifi çıxışında Azərbaycanın öz ərazi bütövlüyünün bərpası uğrunda apardığı Vətən müharibəsi zamanı türkmənlərin ruhən onların yanında olduqlarını və mənəvi dəstək verdiklərini, Azərbaycanın uğurlarına sevindiklərini qeyd edib, eyni zamanda, Azərbaycan ərazilərinin işğalı dövründə baş vermiş erməni vandalizmini İraqdakı İŞİD dövrü zülmü ilə müqayisə edib. Şəhər meri antiterror əməliyyatlarındakı uğuru və suverenliyinin tam bərpası ilə əlaqədar Azərbaycana təbriklərini çatdırıb.

Tədbirdə ABİA-nın İdarə Heyətinin sədri Elçin Əsgərov İraqın türkmən əhalisinin Azərbaycana göstərdiyi ardıcıl mənəvi dəstəyə görə təşəkkürlərini bildirib, ölkəmizin Azərbaycanın tarix boyu yaratdığı şanlı dövlətlər dövründə İraq türkmənləri ilə daim bir-birinə bağlı olduqlarını qeyd edərək, bu yaxınlığın ölkələr arasında dostluğa daha çox töhfə verəcəyinə əminliyini bildirib.

İraqın dövlət və ictimai sektorunu təmsil edən nümayəndələrin çıxışlarında isə yerli əhaliyə Vətən müharibəsi, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti haqqında məlumat verilib, İkinci Qarabağ müharibəsində Qələbənin bütün Türk və İslam dünyaları üçün əhəmiyyəti qeyd olunub.

Tədbirdə çıxış edən Telafərin bütün türkmən tayfalarının başçıları və Türkmən Cəbhəsinin yerli təşkilatının rəhbərliyi Azərbaycanın haqq işinə dəstək nümayiş etdiriblər.

Daha sonra Ermənistanın xarici havadarlarının dəstəyi ilə müstəqilliyimizin ilk illərindən başlayaraq Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti, erməni vandalizmini, Vətən müharibəsini, müharibə vaxtı xalqımızın milli birlik ruhu sayəsində Qələbəsini, işğaldan azad olunmuş torpaqlarda başlayan böyük bərpa və quruculuq işlərini, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarını əks etdirən “44 Günlük Qəhrəmanlıq Salnaməsi” adlı fotosərginin açılış mərasimi keçirilib. Tədbir çərçivəsində, həmçinin Qarabağ həqiqətləri ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonda sərgidə iştirak edən Telafər və ətraf şəhərlərdən olan insanların Qarabağ münaqişəsi haqqında çoxsaylı sualları cavablandırılıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib

Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik

Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

XƏBƏR LENTİ
  • 15:05

    Baş prokuror Omanlı həmkarıyla görüşüb
  • 15:00

    Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb
  • 14:44

    İsrailin Livanı bombalaması zamanı ölənlərin sayı açıqlanıb
  • 14:35

    Kamran Əliyev Keniya Dövlət Prokurorluğunun Direktorunu qəbul edib
  • 14:27

    Baş prokuror monqolustanlı həmkarıyla görüşüb
  • 13:47

    İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb
  • 13:16

    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
    Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO
  • 13:01

    Ağsuda kanalizasiya quyularının qapaqlarını oğurlayan şəxs saxlanılıb
Menyu