http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 23 ° C

Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası olub

28 Sentyabr 2023 , 20:24
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təmsil olunduğu Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, hər üç qurumdan rəhbər vəzifəli şəxslərin iştirak etdiyi iclasda əmək və əhalinin sosial müdafiəsi naziri, Komissiyanın sədri Sahil Babayev son illər həyata keçirilən sosial islahatlar çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində də mühüm işlərin aparıldığını qeyd edib.

Bununla bağlı hazırlanan layihələrin sosial tərəfdaşlarla birgə Üçtərəfli Komissiyanın iclaslarında müzakirə edildiyi, hazırkı iclasda da yeni qanunvericilik layihələrinin müzakirəsinin nəzərdə tutulduğu bildirilib.

İclasda uşaqlı qadınların iş vaxtı müddətinin tənzimlənməsi barədə normaların təkmilləşdirilməsinə dair qanunvericiliyə dəyişiklik layihəsi nəzərdən keçirilib. Həmçinin tikinti sahəsində işçi qüvvəsinə dair vahid elektron informasiya ehtiyatının yaradılması ilə bağlı qanunvericilik layihəsi müzakirə olunub.

Müxtəlif növ sahibkarlıq subyektləri üçün nümunəvi kollektiv müqaviləyə dair təkliflərin, məcburi dövlət sosial sığorta haqları üzrə rüblük hesabatların sığortaedənlər tərəfindən vaxtında ödənilməsi və s. məsələlərin müzakirəsi də aparılıb.

OXŞAR XƏBƏRLƏR
Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib

Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edib

Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik

Ceyhun Bayramov: 2020-ci ildən bəri 140-dan çox ölkəyə dəstək göstərmişik

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Venesuela XİN başçıları COP29 çərçivəsində əməkdaşlığı müzakirə ediblər

XƏBƏR LENTİ
  • 17:12

    Peskov: Rusiya nüvə silahından istifadəyə hazır olmalıdır
  • 16:36

    Kamran Əliyev Efiopiyalı həmkarını Bakıda keçiriləcək yüksək səviyyəli plenar iclasına dəvət edib
  • 16:30

    "Hizbullah" liderinin cəsədi dağıntılar altından çıxarılıb
  • 16:23

    Görmə məsafəsi məhdudlaşacaq
  • 16:02

    İsrail yenidən Beyruta aviazərbələr endirib
  • 15:29

    Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək
    Azərbaycan ilə Özbəkistan arasında kompüter dəstəkli taktiki komanda-qərargah təlimi keçiriləcək
  • 15:05

    Baş prokuror Omanlı həmkarıyla görüşüb
  • 15:00

    Baş prokuror Özbəkistan Baş prokurorunun müaviniylə görüşüb
Menyu