Menyu

 Baş Assambleyanın sədri: Ermənistanın Azərbaycan torpaqlarına qoyduğu minalar həyəcan doğurur

 Baş Assambleyanın sədri: Ermənistanın Azərbaycan torpaqlarına qoyduğu minalar həyəcan doğurur

Birləşmiş Millətlər Təşkilatının (BMT) 78-ci Baş Assambleyasının sədri Dennis Frensis Ermənistanın Azərbaycan torpaqlarını işğalı zamanı yerləşdirdiyi minalarla bağlı danışarkən, bunun narahatlıq doğurduğunu deyib.

"Operativ Media" xəbər verir ki, Frensis 19-26 sentyabr tarixlərində Nyu-Yorkda keçirilən Baş Assambleya müzakirələrindən sonra mətbuat konfransı keçirib.

Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə təxminən 1 milyon mina döşədiyini və minaların olduğu yer haqqında məlumat paylaşmadığı sualına sədr belə cavab verib: "Bu vəziyyət narahatlıq doğurur".

Qeyd edək ki, bundan əvvəl Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev mövzu ilə bağlı deyib: "1991-ci ildən indiyədək 3 min 385 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub. Ermənistan qeyri-qanuni marionet xunta rejimi isə Ermənistanda istehsal olunan minaları “boz zona”nın hər tərəfinə yerləşdirməkdə davam edir".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər