17 Noyabr 2022, 20:58
Türkiyə xarici işlər naziri: "Avropa ittifaqının TDT-nin işinə qarışmağa haqqı yoxdur"
Avropa İttifaqının (Aİ) Türk Dövlətləri Təşkilatının (TDT) işinə müdaxilə etməyə haqqı yoxdur.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqının Şimali Kipr Türk Respublikasının TDT-yə müşahidəçi üzv olmasına dair qərarını pisləməsini şərh edərkən bildirib.
O qeyd edib ki, Aİ və ABŞ ilk növbədə Yunanıstanın və Kiprin yunan administrasiyasının əldə olunmuş razılıqları pozmasına göz yummamalıdır.