BMT nümayəndəsi: BMT missiyasının Qarabağa səfəri bu həftəsonu baş tutacaq
"BMT missiyası Qarabağda Azərbaycanla razılaşaraq region sakinlərinin həm öz evlərində qalmağa qərar vermiş, həm də Qarabağı tərk edənlərin humanitar ehtiyaclarını qiymətləndirəcək".
"Operativ Media" xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
"Azərbaycan hökuməti ilə BMT regiona missiya göndərmək barədə razılığa gəliblər. Missiya bu həftəsonu baş tutacaq", - o deyib.
Düjarrik qeyd edib ki, missiyaya BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin, eləcə də BMT-nin digər qurumlarının nümayəndələri daxil olacaq: "Bizim 30 ildir Qarabağa çıxışımız yoxdur. Ona görə də nəhayət ora çatmağımız vacibdir. Biz Azərbaycandan regiona hava yolu ilə daxil olacağıq. Komanda mövcud vəziyyəti yerində qiymətləndirəcək".
Düjarrik əlavə edib ki, BMT-nin Qarabağdakı missiyasının nə qədər fəaliyyət göstərəcəyini dəqiqləşdirmək indi mümkün deyil.
Teqlər:
"BMT n\u00fcmay\u0259nd\u0259si: BMT missiyas\u0131n\u0131n Qaraba\u011fa s\u0259f\u0259ri bu h\u0259ft\u0259sonu ba\u015f tutacaq"