18 Noyabr 2022, 09:56
Rusiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib
Rusiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib şəkil
Rusiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 18-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Qonaqlar, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Son xəbərlər
Belarusda prezident seçkiləri keçirilir - YENİLƏNİB
Bu gün eksternat imtahanı keçirilib
Türkiyə Ordusu İraqda 13 terrorçunu öldürüb
Lukaşenko: Ukrayna ilə sərhəddə vəziyyət gərgindir
XİN: Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddiaların yalan olduğu təsbit edilib
Trampı öldürməklə hədələyən şəxs həbs olunub
Türkiyədə tarixi əsər qaçaqmalçılarına qarşı əməliyyat keçirilib
Azərbaycan XİN Hindistanı təbrik edib