http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb

01 Oktyabr 2023 , 09:52
IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb

Oktyabrın 1-də Bakıda Beynəlxalq Astronavtika Federasiyasının (IAF) Nazirlər və parlament üzvləri üçün (MMOP) 13-cü beynəlxalq toplantısı öz işinə başlayıb.

"Operativ Media" xəbər verir ki, “Kosmik həllərin siyasi gündəmə daxil edilməsi – siyasətçilər üçün vacibdir” mövzusunda keçirilən tədbirə Azərbaycan Milli Məclisi ev sahibliyi edir. Toplantıda Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Kley Mouri və digər şəxslər iştirak edirlər.

Tədbir iştirakçıları 3 panel mövzuda müzakirələr aparacaqlar. Birinci panel “İctimai xidmətlərin təkmilləşdirilməsində kosmik həllər”, ikinci panel “Fəlakətlər və risk üçün kosmik həllər”, üçüncü panel isə “Resursların idarə edilməsində kosmik həllər” adlanır.

Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının Nazirlər və parlament üzvləri üçün (MMOP) beynəlxalq konqresi 2009-cu ildən etibarən təşkil edilir.

Sayca 13-cü toplantı oktyabrın 2-dən 6-dək ölkəmizin ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində keçirilir.

Paytaxt Bakı 1950-ci ilin oktyabr ayından etibarən keçirilən bu mötəbər tədbirə ev sahibliyi hüququnu 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı qazanıb.

Ölkəmiz bu tədbirə ilk dəfə 1973-cü ildə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ev sahibliyi edib.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır

XƏBƏR LENTİ
  • 21:10

    Sumqayıtda yataqxanada partlayış baş verib - YENİLƏNİB

  • 21:00

    Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi
  • 20:05

    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB

  • 19:34

    İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir
  • 19:20

    Dövlət başçısı: Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur
  • 19:16

    İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk
    İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk
  • 19:10

    İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır
    İlham Əliyev: Cinayət əməllərinə görə Ermənistan dövlət səviyyəsində məsuliyyət daşıyır
  • 18:47

    Prezident İlham Əliyev BPA 29-cu İllik Konfransının iştirakçılarına müraciət edib

Menyu