http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 13 ° C

Prezident: "Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir"

02 Oktyabr 2023 , 11:32
Prezident: "Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir"

"Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir".

"Operativ Media" xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində çıxışında söyləyib.

"Bu gün enerji və nəqliyyat xəritələrinə baxsanız, o cümlədən boru kəmərlərinə nəzər salsanız, görəcəksiniz ki, burada Azərbaycanın izi var. Biz bir sıra layihələrin təşəbbüskarı olmuşuq və tərəfdaşlarımızla birlikdə onları uğurla həyata keçirmişik. Bununla da təkcə bizim bölgənin deyil, daha geniş regionun enerji təhlükəsizliyini təmin etmişik", - dövlət başçısı qeyd edib.

Bu gün enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyi məsələsinə bərabər olduğunu, onun vacib elementini təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Azərbaycan etibarlı təchizatçı olaraq beynəlxalq bazarlara enerji nəql edir və Avropa İttifaqı tərəfindən PanAvropa təchizatçısı kimi dəyərləndirilir.

OXŞAR XƏBƏRLƏR
Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

XƏBƏR LENTİ
  • 23:10

    Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq
  • 22:24

    Kolumbiyada helikopter qəzaya uğrayıb
  • 21:50

    İsrail husilərin neft anbarlarına zərbələr endirib
  • 21:10

    Sumqayıtda yataqxanada partlayış baş verib - YENİLƏNİB
    Sumqayıtda  yataqxanada partlayış baş verib - YENİLƏNİB
  • 21:00

    Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi
  • 20:05

    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
  • 19:34

    İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir
  • 19:20

    Dövlət başçısı: Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur
Menyu