İşğaldan azad olunan ərazilərdə mina təhlükəsi davam edir
Redaksiya
"Mina təhlükəsi halları var ki, buna qarşı da ciddi şəkildə Azərbaycan dövlətinin aidiyyəti qurumları tərəfindən işlər həyata keçirilib".
"Operativ Media" xəbər verir ki, bunu DİN mətbuat xidmətinin rəisi vəzifəsini icra edən Elşad Hacıyev bildirib.
"Təkcə dünən bir neçə antiterror tədbirləri ilə azad olunmuş rayonlarda körpülərdə, su hövzələrində və ona yaxın ərazilərdə, hansı ki, insanların hərəkət edə biləcəyi ehtimal olunan yerlərdə mina təhlükəsi var. Ona görə bu iş bu günlərdə ona yönəlib ki, ərazidə tam təhlükəsiz vəziyyət yaradılsın, ictimai qayda, ictimai təhlükəsizlik təmin olunsun. Daxili İşlər orqanları tərəfindən, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən bu iş aidiyyəti olaraq digər dövlət qurumları ilə birgə kompleks şəkildə davam etdirilir. Əsas diqqət, əsas iş bu günləri ona yönəlib ki, bütün ərazidə vəziyyət dekriminallaşsın, yəni tam təhlükəsiz vəziyyətə gətirilsin.
Bizdə məlumatlar var ki, bu bir ünvandır, bir yerdir və baxırsınız bu yerdə taxıl əkilə bilərdi, hansısa bir qida əkilə bilərdi. Baxılır və görülür ki, həmin ərazilər daha çox narkotik vasitələrin əkilib-becərilməsi, kultivasiyası işi sahəsinə yönəldilib, təşkil edilib"-deyə o qeyd edib.
Teqlər:
"\u0130\u015f\u011faldan azad olunan \u0259razil\u0259rd\u0259 mina t\u0259hl\u00fck\u0259si davam edir"