Şimali Koreyanın atdığı ballistik raketdən sonra ABŞ, Yaponiya və Cənubi Koreya həyəcan vəziyyətindədir
Nərmin Qocamanlı
ABŞ, Yaponiya və Cənubi Koreya liderləri Şimali Koreya tərəfindən buraxılan qitələrarası ballistik raketdən (ICBM) sonra təcili toplantı keçirib.
"Operativ Media" xəbər verir ki, fövqəladə iclasda Yaponiyadan Baş nazir Kişida Fumio, ABŞ-dan vitse-prezident Kamala Harris və Cənubi Koreyadan baş nazir Han Duk Su iştirak edib.
Məlumata görə, görüşdə Kanada, Avstraliya və Yeni Zelandiyanın baş nazirləri də iştirak edib.