Menyu

Ermənistan parlamentinin növbəti iclasının gündəliyinə Roma Əsasnaməsinin ratifikasiyası da daxil edilib

Ermənistan parlamentinin növbəti iclasının gündəliyinə Roma Əsasnaməsinin ratifikasiyası da daxil edilib

Ermənistan parlamentinin oktyabrın 3-də keçiriləcək iclasının gündəliyinə Beynəlxalq Cinayət Məhkəməsinin (İCC) Roma Əsasnaməsinin ratifikasiyası məsələsi daxil edilib. 

"Operativ Media" xəbər verir ki, bu barədə qərar parlamentin saytında yerləşdirilib.

Bundan əvvəl İrəvan bəyan edib ki, Roma Əsasnaməsinin ratifikasiyası Rusiyaya qarşı deyil, azərbaycanlılara yönəlib. Ermənistanın müxalifət partiyaları da bəyanat yayaraq, hakimiyyətin bu sənədi ratifikasiya etmək qərarını pisləyib və qeyd ediblər ki, Ermənistan hakimiyyəti Roma Statutunu ratifikasiya etməklə Rusiya ilə müttəfiqlik münasibətlərini qəsdən təhlükə altına alır və bu, ölkə üçün ağır nəticələrə gətirib çıxarır.

Rusiya Xarici İşlər Nazirliyindən TASS-a bildiriblər ki, Ermənistan tərəfindən Roma Əsasnaməsinin ratifikasiyası ikitərəfli münasibətlər üçün ən mənfi nəticələrə səbəb olacaq. Departamentin vurğuladığı kimi, erməni nümayəndələrinin İCC-yə qoşulmasının guya Rusiya-Ermənistan əlaqələrinə heç bir təsir göstərməyəcəyi ilə bağlı irəli sürdüyü tezis doğru deyil və İrəvan Moskvanın nizamnamə ilə bağlı qarşılıqlı təkliflərini nəzərə almayıb.

Teqlər:

"Erm\u0259nistan parlamentinin n\u00f6vb\u0259ti iclas\u0131n\u0131n g\u00fcnd\u0259liyin\u0259 Roma \u018fsasnam\u0259sinin ratifikasiyas\u0131 da daxil edilib"

Əlaqəli Xəbərlər