http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 11 ° C

BMT missiyası Qarabağda mülki infrastruktura heç bir ziyan dəymədiyini bildirib

02 Oktyabr 2023 , 21:04
BMT missiyası Qarabağda mülki infrastruktura heç bir ziyan dəymədiyini bildirib

Qarabağa səfər edən BMT missiyası yekun bəyanat yayıb.

"Operativ Media" xəbər verir ki, missiya baş çəkdiyi şəhərdə mülki ictimai infrastruktura, o cümlədən xəstəxanalara, məktəblərə və yaşayış binalarına, mədəni və dini strukturlara heç bir ziyanın qeydə alınmadığını bildirib.

Missiyaya BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva rəhbərlik edib.

Komandada həmçinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Koordinasiya şöbəsinin direktoru Rameş Rajasingham, eləcə də Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, BMT-nin Qaçqınlar üzrə Agentliyi, UNICEF və Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri, habelə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi, BMT-nin Rezident Əlaqələndirici Ofisi və BMT Təhlükəsizlik Departamentindən texniki qrup olub.

Ağdamdan səfər edən missiya Xankəndi şəhərində olub, burada yerli əhali və müvafiq tərəflərlə görüş keçirilib, səhiyyə və təhsil müəssisələrinin vəziyyəti ilə yaxından tanış olunub.

Şəhərin bəzi yerlərində onlar mülki ictimai infrastrukturda, o cümlədən xəstəxanalarda, məktəblərə və yaşayış binalarda, mədəni və dini strukturlarda heç bir ziyan qeydə almayıblar. Missiya Azərbaycan Respublikası Hökumətinin şəhərdə səhiyyə xidmətlərinin və bəzi kommunal xidmətlərin bərpasına hazırlaşdığını qeydə alıb. Missiya şəhərdə bir mağazanın açıq olmadığını qeydə alıb.

Şəhərdə çox az sayda yerli əhalinin qaldığı qeyd olunub. Bildirilib ki, Qarabağ bölgəsində 50-1000 arasında etnik erməni qalıb.

Missiya son atəşkəsdən sonra dinc əhaliyə qarşı zorakılıq halları ilə bağlı nə sorğu edilən yerli əhalidən, nə də həmsöhbətlərdən heç bir müraciətə rast gəlməyib.

Onlar daha sonra Laçın sərhəd-keçid məntəqəsində Ermənistana doğru hərəkət edən mülki avtomobillərə rast gəlmədiyini bildirib.

Xankəndində isə missiya Ermənistana gedən onlarla sərnişini daşımaq üçün gələn avtobusun şahidi olub.

Missiya Azərbaycan tərəfindənbərpa edilmiş ərazilərin bir hissəsi olan Ağdamdan keçərkən dağıntı və minalardan təmizləmə ehtiyaclarını, habelə hökumət tərəfindən aparılan yenidənqurma işlərini müşahidə edib.//APA//

OXŞAR XƏBƏRLƏR
Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

İlham Əliyev: Beynəlxalq Prokurorlar Assosiasiyası ilə uzunmüddətli əlaqələrimizi yüksək qiymətləndiririk

XƏBƏR LENTİ
  • 00:02

    Həşim Safiəddin “Hizbullah”ın yeni baş katibi seçilib
  • Dünən
    23:33

    ABŞ Yaxın Şərqə əlavə döyüş təyyarələri göndərir
  • Dünən
    23:10

    Məsud Pezeşkian: İsrailin cinayətləri cavabsız qalmayacaq
  • Dünən
    22:24

    Kolumbiyada helikopter qəzaya uğrayıb
  • Dünən
    21:50

    İsrail husilərin neft anbarlarına zərbələr endirib
  • Dünən
    21:10

    Sumqayıtda yataqxanada partlayış baş verib - YENİLƏNİB
    Sumqayıtda  yataqxanada partlayış baş verib - YENİLƏNİB
  • Dünən
    21:00

    Azərbaycan PL: "Qarabağ" "Sabah"ı məğlub etdi
  • Dünən
    20:05

    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
    Bakıda BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirilib - YENİLƏNİB
Menyu