Ermənistan Parlamentinin Roma Statutunu ratifikasiya etməsinin nəticələri nə olacaq?
Nərmin Qocamanlı
Bu gün Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya edib. 60 nəfər lehinə, 22 nəfər isə əleyhinə səs verib.
“Operativ Media” ya açıqlama verən beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyir ki, “Roma Statutunun ratifikasiyası Ermənistanı çox pis vəziyyətdə qoyacaq.
“Ermənistanın məqsədi Azərbaycanı ittiham etmək üçün beynəlxalq hüquqi əsas yaratmaq, bunun üzərindən də sanksiyanın qəbuluna nail olmaqdır. Əslində Rusiyanın bu məsələyə etirazı var. Putinə qarşı olacaq kimi bir iddialar səsləndirilir. Lakin, Paşinyanın Putinə gizli məktubunun ana maddəsi də bu prosedurun Putinə aid edilməyəcəyi ilə bağlı qarantiya verməsi idi. Təbii ki, Rusiya elə bir dövlətdir ki, qarantiyalarla addım atmaz, reallıqlara baxar. Bu mənada Ermənistanla Rusiya arasında böyük bir uçurum yaratmış oldu”.
Teqlər:
"Erm\u0259nistan Parlamentinin Roma Statutunu ratifikasiya etm\u0259sinin n\u0259tic\u0259l\u0259ri n\u0259 olacaq?"