Menyu

Peskov Ermənistan Parlamentinin Roma Statutunu ratifikasiya etməyini şərh edib

Nərmin Qocamanlı
Peskov Ermənistan Parlamentinin Roma Statutunu ratifikasiya etməyini şərh edib

Rusiya Ermənistan xalqını qardaş hesab edir, lakin Moskvanın bu ölkənin rəhbərliyi ilə bağlı sualları var.

"Operativ Media" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Roma Statutunu ratifikasiya etmək qərarını belə şərh edib. "Ermənistan dost dövlətdir, bizim tərəfdaşımızdır. Və əlbəttə ki, bizim qardaş erməni xalqı ilə çoxlu ümumi cəhətlərimiz var. Və şübhə etmirik ki, bu, bizi əbədi olaraq birləşdirəcək. Amma eyni zamanda, əlbəttə ki, Ermənistanın hazırkı rəhbərliyinə əlavə suallar var, onlar əvvəlcədən erməni tərəfinə verilib”, - Kreml nümayəndəsi qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər