Menyu

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü Azərbaycan Prezidentini təbrik edib

Nərmin Qocamanlı
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin keçmiş üzvü Azərbaycan Prezidentini təbrik edib

2018-2022-ci illərdə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Şefik Caferoviçdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

"Operativ Media"nın xəbərinə görə,  məktubda deyilir:

"Zati-aliləri!

Azərbaycan Respublikasının ərazi bütövlüyünün tam təmin olunması münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram.
Bu, Cənubi Qafqazda ədalət, sabitlik və bütün xalqların rifahı üçün əsas şərt idi. Qarabağ Azərbaycana məxsusdur və daim onun bir hissəsi olacaqdır.

Cənab Prezident, Azərbaycanın Bosniya və Herseqovina ilə münasibətlərinin möhkəmlənməsinə verdiyiniz töhfəyə görə Sizə minnətdarlığımı bildirirəm.

Sizinlə 2024-cü ilin martında XI Qlobal Bakı Forumunda görüşməyi səbirsizliklə gözləyirəm".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər