Azərbaycan və Türkmənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Nərmin Qocamanlı
Azərbaycan və Türkmənistan ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat nazirir Mikayıl Cabbarov öz "X" hesabında bildirib.
"Türkmənistana səfərimiz çərçivəsində həmkarlarla birlikdə bu ölkənin Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşdə ölkələrimizin ortaq fəaliyyətinin və iqtisadi sahədə tərəfdaşlığının regionun inkişafı üçün faydalarından məmnunluq ifadə etdik və ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr apardıq", - o, qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma